25.08.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Kitab oxuyan azalıb, filmə gedən çoxalıb - Azərbaycanda əsas TRENDLƏR

24 avq 2025 23:00
MƏDƏNİYYƏT
ads
Advertisement

Azərbaycanın mədəni həyatında son illər ciddi dinamika müşahidə olunmur. 

Qutb.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlara əsasən, 2023 və 2024-cü illərin müqayisəsi bir sıra sahələrdə qismət artım və azalma olduğu müşahidə olunur. Maraqlıdır ki, bəzi istiqamətlərdə illərin ənənəvi durğunluğu aradan qalxsa da, müəyyən sahələrdə hələ də geriləmə özünü büruzə verir.

Kitabxanalara maraq azalıb

Kitabxanaların sayında demək olar ki, dəyişiklik olmayıb. 2023-cü ildə ölkədə 2913 ictimai kitabxana fəaliyyət göstərirdisə, 2024-cü ildə bu rəqəm 2914 olub. Kitabxana fondu isə 27,7 milyon nüsxə olaraq sabit qalıb. Oxucuların marağına gəldikdə isə 2023-cü ildə hər 1000 nəfərə düşən kitab sayı 2718 idisə, 2024-cü ildə bu rəqəm 2710-a enib. Yəni göstərici az da olsa geriləyib.

Kinoya gedən tamaşaçıların sayı artıb

Kino sahəsində müəyyən dirçəliş hiss olunur. 2023-cü ildə ölkədə 6 kinoteatr fəaliyyət göstərirdisə, 2024-cü ildə onların sayı 7-yə çatıb. Kinozalların sayı isə dəyişməyərək 84 qalıb.
Ən önəmli artım tamaşaçı marağındadır. 2023-cü ildə kinoseanslara 1 milyon 890 min nəfər qatılmışdısa, 2024-cü ildə bu rəqəm 1 milyon 952,5 min nəfərə yüksəlib. 

Teatrların tamaşaçısı azalıb

Peşəkar teatrların sayı dəyişməyərək, hər iki ildə də 29 olub. Amma tamaşaçı sayı 2023-cü ildə 430 min nəfər olduğu halda, 2024-cü ildə 419 min nəfərə düşüb.

Konsertlərə maraq artıb

Konsert müəssisələrinin sayı 2023-cü və 2024-cü ildə 17 olub. Tamaşaçı sayında da artım var. Son statistikalara görə, hər 1000 nəfərdən 52-i konsertə gedir, bu hal 2023-cü ildə 50, 2020-ci ildə isə 6 idi. 

Muzeylərə maraq çoxalıb

Muzeylərin sayı sabit qalaraq, hər iki ildə də 243 olub. Amma ziyarətçi sayı artıb. Belə ki, ötən ildə muzeylərə 2 milyon 532 min nəfər gəlmişdisə, 2024-cü ildə bu rəqəm 2 milyon 688 min nəfərə çatıb.

Sirkə gedənlərin sayı kəskin azalıb
Sirklərin sayı dəyişməyib, ölkə üzrə cəmi 1 sirk fəaliyyət göstərir. Amma tamaşaçı sayı 2023-cü ildə 124 min nəfər idisə, 2024-cü ildə cəmi 14 min nəfərə enib. Bu, diqqətçəkən ən ciddi azalma göstəricisidir.

Mədəniyyət və istirahət parkları
Parkların sayı da artıb. 2023-cü ildə ölkə ərazisində 436, 2024-cü ildə isə 439 park mövcuddur. 

Uşaq musiqi və incəsənət məktəbləri: şagird sayı azalır
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin sayı dəyişməyib, son üç ildə bu rəqəm 236 olub. Amma şagird sayı 2023-cü ildə 55 min 432 nəfər olduğu halda, 2024-cü ildə 54 min 728 nəfərə enib.

Müqayisələr göstərir ki, 2023-2024-cü illər ərzində Azərbaycanın mədəniyyət sahəsində ümumi artım və ya azalma tendensiyası müşahidə olunmayıb. Kino, konsert və muzeylərə maraq bir az artsa da, bəzi sahələrdə eyni rəqəmləri də görürük. Lakin teatr tamaşaçılarında kiçik azalma, sirk tamaşaçılarında isə kəskin geriləmə müşahidə olunur.

Kitabxanaların sayı sabit qalsa da, oxucu göstəricilərinin bir qədər azalması düşündürücüdür. Uşaq musiqi məktəblərində şagirdlərin azalması isə gələcək mədəniyyət həyatına mənfi təsir göstərə biləcək amil kimi diqqət çəkir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur