29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Rusiya bazarını tərk edən xarici şirkətlərin itkiləri açıqlandı: Fantastik məbləğ

29 mar 2024 07:00
GÜNDƏM
ads

2022-ci ilin fevralından sonra xarici şirkətlərin Rusiya bazarından çıxması nəticəsində dəyən itkilər 107 milyard dolları ötüb.

Publika.az xəbər verir ki, bu haqda məlumatı "Reuters" agentliyi yayıb.

İtkilərin bu həcmi itirilmiş gəlirlər və Rusiya aktivlərinin şirkətlərin balansından silinməsi ilə bağlıdır. Agentliyin məlumatına görə, yeni məlumatlar 2022-ci ilin fevralında Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından sonra qlobal korporativ sektorda maliyyə itkilərinin miqyasını göstərir.

S-RM konsaltinq şirkətinin nümayəndəsi İan Massi "Reuters"ə istinadən bildirib ki, “Rusiyanı hələ də tərk etmək istəyən şirkətlər əlavə çətinliklərlə üzləşəcək, aktivlərinin böyük məbləğdə silinməsi və böyük itkilərə məruz qalacaqlar”.

Agentliyin istinad etdiyi Yale Menecment Məktəbinin hesabatına görə, son iki ildə minə yaxın xarici şirkət Rusiya bazarını tərk edib. Agentlik əlavə edir ki, bir çox xarici istehlak malları istehsalçıları məhsullarının adi rus istehlakçısına lazım olduğunu söyləyərək Rusiya Federasiyasındakı bizneslərini məhdudlaşdırmaq niyyətində deyillər.

Agentliyin 2023-cü ilin avqustunda dərc etdiyi son hesablamalardan sonra xarici şirkətlərin Rusiya bazarından çıxması ilə bağlı itkilərinin həcmi üçdə bir artıb. O zaman bu rəqəm 80 milyard dollar idi.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur