Xəbər verdiyimiz kimi, aparıcı-aktyor Elcan Rəsulov yaşadığı binanın blokundakı vəziyyətdən şikayətlənmişdi.
Milli.Az axşam.az-a istinadən bildirir ki, binanın baxımsız vəziyyətdə olmasından yararlanan şəxslərin blokda narkotikdən istifadə etdiyini bildirən aktyorun şikayətini polis artıq nəzarətə götürüb. Bu barədə Elcan sosial şəbəkədə paylaşım edib:
"Başda Bakı Şəhər Baş Polis İdarəsi olmaqla, Yasamal Rayon Polis İdarəsi və ərazi üzrə 26-cı Polis Bölməsinin bütün əməkdaşlarına binamızın sakinləri adından təşəkkür edirəm!
Həmişə olduğu kimi məsələyə yalnız polis reaksiya verdi. Nə yerli icra orqanından, bələdiyyəsindən, nə də MKİS-dən bir nəfər də gəlmədi ki, bizim ərazidir, görəsən, bura niyə bu gündədir? Yaxşı ki, bu ölkənin polisi var, yoxsa dərdimizi özümüz deyib, özümüz eşidərik".
Milli.Az