06.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

CHP-də qurultay: Özgür Özəlin rəqibləri KİMLƏRDİR...

06 apr 2025 02:00
DÜNYA
ads

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) aprelin 6-da növbədənkənar qurultay keçirəcək.

Qutb.az xəbər verir ki, Ankarada keçiriləcək 21-ci qurultayda CHP-nin hazırkı sədri Özgür Özəl yenidən sədrliyə namizədliyini irəli sürüb.

Onunla yanaşı, Antalya Muratpaşa Bələdiyyə sədri Ümit Uysal və keçmiş millət vəkili Berhan Şimşek də sədrliyə namizəd olduqlarını açıqlayıblar.

Qurultayda 1368 nümayəndə partiya sədrindən əlavə, 60 nəfərlik Partiya Məclisi (PM) və Yüksək Nəzarət Komissiyasının (YDK) üzvlərini də seçəcək.

Qeyd edək ki, Özgür Özəl, 2023-cü ilin noyabrında keçirilən 38-ci Qurultayda nümayəndələrə pul qarşılığında səs verildiyinə dair iddialarla bağlı aparılan istintaqın nəticəsiz qalması fonunda fövqəladə qurultaya getmək qərarını açıqlayıb.

Özəl əvvəlki partiya sədrləri - Kamal Kılıçdaroğlu, Altan Öymen, Hikmət Çətin və Sosial Demokrat Xalqçı Partiyanın sabiq sədri Murat Karayalçını da qurultaya dəvət edib. Onların hamısının tədbirdə iştirak edəcəyi gözlənilir.

Kılıçdaroğlunun sədrliyə namizəd olmayacağını açıqlamasından sonra Özgür Özəlin tək namizəd olacağı gözlənilsə də, Uysal və Şimşek də yarışa qoşulublar. Onların rəsmi namizəd ola bilməsi üçün nümayəndələrin ən azı 5 faizinin dəstəyini alması tələb olunur.

Əsas mübarizənin Partiya Məclisi (PM) üzvlüyü uğrunda olacağı gözlənilir. CHP rəhbərliyi bu seçimin “çarşaf siyahı” üsulu ilə keçirilməsinə qərar verib. Bu zaman bütün uyğun namizədlər yarışa qoşulur və nümayəndələr onlardan seçim edirlər.

Bununla yanaşı Özgür Özəlin də öz komandasını əhatə edən “açar siyahı” təqdim edəcəyi gözlənilir. Bu siyahı qeyri-rəsmi olsa da, nümayəndələrə istiqamətverici rol oynayır.

Partiya Məclisində köklü dəyişiklik gözlənilmir. Lakin bəzi təcrübəli siyasətçilərin və millət vəkillərinin yeni rəhbərlikdə yer ala biləcəyi vurğulanır. Özəlin partiya daxilindəki müxtəlif qrupları təmsil edən balanslı siyahı hazırlaya biləcəyi də ehtimal olunur.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur