"Real"ın baş məşqçisi Karlo Ançelotti komandasının sabiq yarımmüdafiəçisi Toni Kroos barədə danışıb.
Publika.az xəbər verir ki, italyan mütəxəssis karyerasını bitirmək fikrindən daşınacağı təqdirdə təcrübəli futbolçunu komandaya qaytarmağa hazır olduğunu bildirib:
“Təəssüf ki, Kroos təqaüdə çıxmaq qərarına gəldi. Qərarlarında qəti biridir. Lakin Madriddə yaşamağa davam edəcək. Mən ona dedim ki, əgər o, payızda fikrini dəyişsə, ilk telefon zəngindən sonra hər şeyə yenidən başlayacağıq”.
Xatırladaq ki, Kroos 2014-cü ildə “Bayern”dan “Real”a keçib. Bu müddət ərzində almaniyalı yarımmüdafiəçi bütün turnirlərdə 465 matçda iştirak edib, 28 qol vurub və 99 məhsuldar ötürmə edib. "Los Blankos"la futbolçu 5 dəfə Çempionlar Liqasının qalibi olub, 4 dəfə İspaniya çempionu titulunu və eyni sayda Avropa Superkubokunu qazanıb.
Heybət