Datamaynerlər “Telegram”ın son beta-versiyasında bir sıra yeni funksiyaları üzə çıxarıblar.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Telegram” kanallarının sahibləri 20 və daha yuxarı səviyyəyə çatdıqdan sonra öz kanallarında mesencerdə quraşdırılmış reklamı qeyri-aktiv edə biləcəklər. Bu, bütün abunəçilər üçün promosyon blokunun göstərilməsini aradan qaldıracaq.
Mesencer istifadəçiləri profillərində doğum tarixini və şəxsi kanalını qeyd edə biləcəklər.
Mesencer kodunda nəzərəçarpacaq digər xüsusiyyətlərə stikerlərin idarə edilməsi üçün menyu, daha dərin məxfilik parametrləri daxildir ki, bu parametrlər vasitəsilə yalnız premium istifadəçilər istifadəçini kontaktlara əlavə edə və ya onu söhbətə dəvət edə, habelə botlar üçün biometrik məlumatlar və onlarla əlaqə yarada bilərlər.
Bu funksiyaların “Telegram”ın stabil quruluşlarında Android, iOS və PC-də nə vaxt görünəcəyi açıqlanmayıb.