02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Trampın YENİ BRENDİ: "Cəsarətli, qızılı və dözümlü..."

18 fev 2024 17:00
GÜNDƏM
ads

ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün “Trump Sneakers” idman ayaqqabısı brendini təqdim edib.

Publika.az CNN-ə istinadla xəbər verir ki, təqdimat o, dələduzluqda ittiham olunduqdan bir gün sonra Filadelfiyada baş tutub.

"Mən bunu çoxdan etmək istəyirdim. Mənimlə işləyən gözəl insanlar var və onlar bunu icad ediblər. Və düşünürəm ki, bu, böyük uğur olacaq”, - Tramp təqdimat mərasimində deyib.

Ümumilikdə sırada üç cüt ayaqqabı var. Yanlarında “The Never Surrender High-Tops” yazılan T hərfi və ABŞ bayrağı olan qızılı idman ayaqqabısı birincidir. Saytda lotda cəmi 1000 cüt idman ayaqqabısı olacağı, hər cütün nömrələndiyi, bir cütün qiymətinin 399 dollar olduğu bildirilir. Onlar 2024-cü ilin iyulunda satışa çıxarılacaq. İdman ayaqqabısının təsvirində deyilir: “Prezident Tramp kimi cəsarətli, qızılı və dözümlü”.

Saytda daha iki cüt idman ayaqqabısı da var:

2. “POTUS 45” yazısı olan ağ trikotaj, qızılı T hərfi və 45 rəqəmi və ABŞ bayrağı ilə;

3. "T - Qırmızı Dalğa" yazısı olan, gümüşü T hərfi və 45 rəqəmi və ABŞ bayrağı olan qırmızı trikotaj.

Bu idman ayaqqabılarının 2024-cü ilin avqustunda buraxılması planlaşdırılır.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur