Ermənistan prezidenti Vaaqn Xaçaturyan Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində İraq Kürdüstanının baş naziri Məsut Bərzani ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüş zamanı tərəflər ikitərəfli maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Onlar həmçinin regionda və ondan kənarda mövcud ümumi vəziyyətə və cari hadisələrə toxunublar.
Tural