02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda həbs olundu

17 may 2024 11:03
GÜNDƏM
ads
Advertisement

Almaniyada mühacirətdə olan, Azərbaycan tərəfindən axtarışa verilmiş Mehdi Xəlilbəyli Bakıda həbs olunub.


APA-nın əldə etdiyi xəbərə görə, Mehdi Xəlilbəyli bir qədər əvvəl Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.


M.Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə - 220-ci (kütləvi iğtişaş), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.


Bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən kimi tanınıb.


M.Xəlilbəylinin vəkili Hafiz Ələsgərov bildirib ki, müdafiə etdiyi şəxs istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib.


M.Xəlilbəyli Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü qeyd edib.


Qeyd edək ki, Mehdi Xəlilbəyli Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü kimi Almaniyada mühacir alverində də ittiham olunub. 2019-cu ilin noyabr ayında Almaniya polisi siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlıları saxlayıb.


Saxlanılanlar arasında Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də olub. Bununla bağlı məhkəmə prosesi keçirilib. M.Xəlilbəyli 2020-ci ilin yanvar ayında azadlığa buraxılıb.



Teglər
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur