04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Makron QORXU İÇİNDƏ: "Belə qərar ölkədə xaos yaradar"

23 iyl 2024 20:00
GÜNDƏM
ads

"Ən azı avqustun ortalarına, Parisdə Olimpiya Oyunları bitənə qədər yeni hökumət başçısı təyin etməyi və ya kabineti dəyişməyi planlaşdırmıram".

Publika.az xəbər veri ki, Fransa Prezidenti Emmanuel Makron deyib.

Makron izah edib ki, 2024-cü il Olimpiya Oyunlarını hazırlayan hökumət idi.

"Bizim məsuliyyətimiz onların yaxşı getməsini təmin etməkdir və buna görə də mən sabitliyi seçirəm, bu hökumət cari məsələlərlə məşğul olmağa davam edəcək", - Fransa lideri deyib.

Fransa prezidenti vurğulayıb ki, bu zaman baş nazirin dəyişdirilməsi və yeni hökumətin təyin edilməsi xaos yaradar. O, həmçinin əmin edib ki, prezidentlik müddətinin sonuna kimi Fransaya rəhbərlik etmək niyyətindədir və ölkədəki siyasi qüvvələr razılığa gələ bilsələr, Milli Məclisin yenidən buraxılmasından söhbət gedə bilməz.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur