İsrailin baş naziri Benyamin Netanyahu ölkə ordusunun Fələstinin radikal HƏMAS hərəkatının 24 terror batalyonundan 18-ni məhv etdiyini bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə "Fox News" kanalına müsahibəsi zamanı deyib.
Netanyahu qrup üzərində qələbənin əldə oluna biləcəyinə inanır.
"Biz artıq HƏMAS terror batalyonlarının dörddə üçünü, 24-dən 18-ni məhv etmişik. Qalan altısının isə qalmasına imkan verməyəcəyik", - siyasətçi əmin edib.
O, HƏMAS-ı İŞİD-lə müqayisə edib.
Netanyahu vurğulayıb ki, HƏMAS-ın ləğvi və Qəzza zolağında girovların azad edilməsi bir-birini istisna edən məqsədlər deyil.
"Bunlar uyğundur, çünki girovların azad edilməsinə imkan verəcək yeganə şey HƏMAS-ın məğlubiyyətini təmin edəcək - davamlı hərbi əməliyyatdır", - o deyib
Baş nazirinin sözlərinə görə, bunun sayəsində girovların yarısı artıq azad edilib və ikinci yarısı üçün də eyni şey olacaq.
Hüseyn İbadlı