01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Hindistanda 5 ildən sonra turizm inqilabı baş verəcək

02 sen 2024 07:00
DÜNYA
ads

Hindistan 2029-cu ilə qədər dünyanın ən yaxşı 10 turizm ölkəsindən birinə çevrilməyi hədəfləyib.

QÜTB.AZ “The Economic Times”a istinadla xəbər verir ki, bu iddialı planı Ümumdünya Liderlər Forumunda çıxışı zamanı ölkənin Turizm və Mədəniyyət Nazirliyinin rəhbəri Qajendra Sinq Şexavat bəyan edib.

İndi resQutb.az 119 turizm istiqaməti arasında reytinqdə 39-cu yeri tutur. Bununla belə, hakimiyyət vəziyyəti kökündən dəyişmək niyyətindədir.

“Məqsədimiz 5 il ərzində dünyanın ən yaxşı 10 turizm məkanından biri olmaqdır”, - deyə nazir bildirib.

İddialı məqsədlərə nail olmaq üçün Hindistan turizm marşrutlarının şaxələndirilməsinə arxalanır. Hazırda xarici ziyarətçilərin 65%-i 28 ştatdan yalnız 6-nı və Dehli metropolitenini ziyarət edir.

Hakimiyyət zəngin mədəniyyəti və mətbəxi ilə səyahətçiləri cəlb edərək, ölkənin digər bölgələrini də populyarlaşdırmaq niyyətindədir.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur