Ötən gecə İspaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində “Atletiko” və “Real” komandaları üz-üzə gəlib.
Publika.az xəbər verir ki. dramatik keçən görüşün qalibi əlavə vaxtda müəyyənləşib. “Hindular” əzəli rəqibini 4:2 hesabı ilə məğlub edib.
Bununla Karlo Ançelottinin baş məşqçisi olduğu "qalaktikos"un 21 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyulub. "Real" sonuncu dəfə ötən ilin sentyabr 24-də elə "Atletiko"ya uduzub - 1:3. O vaxtdan bəri madridlilər 18 dəfə qalib gəlib, üç dəfə heç-heçə edib.
Heybət