Səudiyyə Ərəbistanı çempionatının 21-ci turunun matçında “Ən-Nəsr” səfərdə “Əl-Şəbab”la qarşılaşıb.
Publika.az xəbər verir ki, hesabı 21-ci dəqiqədə penaltidən Kriştiano Ronaldo açıb. Anderson Taliska 46 və 86-cı dəqiqələrdə “Əl-Nəsr”in heyətində dubla imza atıb.
Meydan sahiblərinin qollarını isə Yannik Ferreyra-Karrasko (45-ci dəqiqə, penalti) və Karlos Junior (67) vurublar - 2:3.
“Ən-Nəsr” 52 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 2-ci yeri tutur. “Əl-Şəbab” 24 xalla 12-cidir.