Gəncədə körpə qız xəstəxanada ölüb.
Publika.az xəbər verir ki, hadisə şəhərdə yerləşən xəstəxanaların birində qeydə alınıb.
Belə ki, şəhər sakini 10 aylıq A.Yusibova qızdırma ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A.Yusibova bir müddət əvvəl Sumqayıtda bağırsaqlarından əməliyyat edilib.
Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.