18 yaşlı rusiyalı Valentina Alekseyeva “Kainat gözəli” müsabiqəsinin finalında mübarizə aparmaq hüququ qazanıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Valentina milli "Miss Rusiya" müsabiqəsində Çuvaşiya Respublikasını təmsil edib.
"Onun səhnədə əla varlığı var, təsir edici görünür və tamaşaçıları necə cəlb etməyi bilir", - milli müsabiqənin baş direktoru Anastasiya Belyak deyib.
Ötən il “Kainat gözəli” titulunu Nikaraqua təmsilçisi qazanıb.
"Kainat gözəli" hər il keçirilən beynəlxalq gözəllik müsabiqəsidir, dünyanın ən nüfuzlu gözəllik müsabiqələrindən biridir.
Hüseyn İbadlı