"Bayern" Vensan Kompaninin baş məşqçi təyin olunması ilə bağlı Pep Qvardioladan məsləhət alıb.
Publika.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, rəhbərliyin 2013-2016-cı illərdə komandanı çalışdırmış Qvardiola ilə hələ də əla münasibəti var. Klub bundan maksimum istifadə edib.
“Pep Kompanini istedadlı, ağıllı məşqçi kimi tərifləyərək onu bu vəzifə üçün ideal namizəd adlandırıb” - deyə Romano bildirib:
2023/2024 mövsümündə Kompaninin rəhbərliyi altında "Bernli" İngiltərə Premyer Liqasında 19-cu yeri tutub və Çempionşipə düşüb.
Xatırladaq ki, Kompani Qvardiolanın rəhbərliyi altında "Mançester Siti"də çıxış edib.