02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

3 qolla 3 xal qazandılar

30 mar 2025 21:00
İDMAN
ads

Misli Premyer Liqasında 28-ci tura yekun vurulub.

 

Qutb.az xəbər verir ki, günün son oyunu "Zirə" və "Şamaxı" komandaları arasında olub. Matç ev sahibinlərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qolları Rafael Utziq, Ruan Renato və Salifu Suma vurublar.

 

"Qartallar" 55 xalla 2-ci, bölgə klubu 28 xalla 8-ci pillədədir.

 

Günün ilk matçında "Kəpəz" və "Səbail" Tovuzda üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.

 

Hesabı 41-ci dəqiqədə "Kəpəz"in heyətində Şervoni Mabatşoev açıb. "Dənizçilər"in bərabərlik qoluna isə Dimitro Litvin imza atıb.

 

Bu nəticədən sonra Gəncə klubu 24 xalla 9-cu, qonaqlar isə 19 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.

 

Qeyd edək ki, turun əvvəlki matçlarında "Qarabağ" "Turan Tovuz"u 4:1 hesabı ilə məğlub edib. "Neftçi" - "Araz-Naxçıvan" (1:1) və "Sumqayıt" - "Sabah" ( 3:3) oyunları isə heç-heçə ilə yekunlaşıb.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur