“Los Angeles Lakers”in hücumçusu Lebron Ceyms əvvəllər Milli Basketbol Assosiasiyasında (NBA) yalnız üç məşhur oyunçunun əldə etdiyi nailiyyəti təkrarlayıb.
QÜTB.AZ xəbər verir ki, “Leykers”in lideri bir neçə komandada çıxış edərək karyerasında ikinci dəfə 10.000+ xal qazanmağı bacarıb. Əvvəllər bunu yalnız Carmelo Enthoni, Kərim Abdul-Cabbar və Alvin Hayes başarıb.
Lebron hazırda “Los-Anceles” 10.002 xala malikdir. O, “Klivlend Kavalers”də çıxış edərkən 23,119 xal toplayıb. Ümumilikdə onun indi 41,040 xalı var.