Gədəbəydə bədbəxt hadisə baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qaradağ kəndində qeydə alınıb.
1967-ci il təvəllüdlü Tofiq Quliyevin ot biçən zaman qəfl halı pisləşib
O, hadisə yerində ölüb.
İlkin məlumata görə, 56 yaşlı T.Quliyev ürəktutmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az