Cozef Bayden prezidentliyə namizəd olmağa uyğun deyilsə, o, dərhal istefa verməlidir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson "X" səhifəsindəki paylaşımda bildirib.
O, Baydeni namizədliyini geri çəkdiyini elan etdikdən sonra postunu tərk etməyə çağırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden prezidentlik yarışından geri çəkilib. O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib. Bundan sonra Bayden Demokratlar Partiyasından ABŞ lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyib.