Belarus Prezidenti Aleksandr Lukaşenko kənd həyatının qorunub saxlanmasının vacibliyini bəyan edib və kənd təsərrüfatının ölkə üçün əhəmiyyətini vurğulayıb.
Publika.az BELTA-ya istinadla xəbər verir ki, dövlət başçısı bunu Milad bayramı üçün gəldiyi Minsk yaxınlığındakı Vəftizçi Yəhya peyğəmbərin kilsəsində bəyan edib.
Onun sözlərinə görə, kəndsiz dövlət olmayacaq:
"Hətta bu kənd kilsəsində kənd haqqında iki kəlmə demək istəyirəm. Görürsünüz ki, bu çətin günlərdə kəndi qorumaq üçün çox işlər görürük... Kəndi itirsək, dövləti də itirəcəyik. Bu, sadəcə olaraq mövcud olmayacaq".
Belarus Prezidenti əlavə edib ki, kənd xalqın çörəkpulu, dövlətin əsasıdır.
"Bu o demək deyil ki, biz şəhərləri unudacağıq - bu sənayedir. Sənaye olmadan kənd də inkişaf edə bilməz" - Lukaşenko qeyd edib.
Hüseyn İbadlı