“Pittsburq”un sabiq hokkeyçisi Yaromir Yaqr komanda ilə birlikdə məşq edib.
Publika.az xəbər verir ki, 52 yaşlı hücum oyunçusu Çexiyadan ABŞ-a gəlməsinin səbəbi onun şərəfinə xüsusi matç keçirilməsidir.
Onun forma nömrəsi (68) fevralın 18-də “Pinqvinlər” tərəfindən təqaüdə çıxarılacaq. Forma ev arenasının oturacaqlarının üzərindən qaldırılacaq.
Yaqr Mario Lemieu və Mişel Bryeredən sonra “Pittsburq”da bu şərəfə layiq görülən üçüncü oyunçu olacaq. Əfsanəvi çexiyalı hokkeyçisi vətənində – “Kladno” klubunun heyətində çıxışını davam etdirir.