10.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Rusiya Ermənistanı HƏDƏLƏDİ: Avrasiya İqtisadi İttifaqından çıxsa...

10 yan 2025 00:00
GÜNDƏM
ads

"Ermənistanın Avrasiya İqtisadi İttifaqı ( Aİİ ) ilə əlaqələri kəsilərsə, enerji və ərzaq qiymətləri əhəmiyyətli dərəcədə artacaq, Ermənistan mallarının ixracı isə 70-80% azalacaq".

QÜTB.AZ TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

O qeyd edib ki, Ermənistan Aİİ ilə əməkdaşlığa son qoysa, bu, yerli sakinlərin əsas malların qiymətlərinin artması, iş yerlərinin itirilməsi və gəlirlərinin azalması ilə üzləşməsinə gətirib çıxaracaq.

“Kompensasiya olaraq onlar vizasız giriş əldə edə bilər, Ermənistan isə əhalinin azalması problemi ilə üzləşə bilər”, - o əlavə edib.

Overçuk vurğulayıb ki, Rusiya Ermənistanda Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini ölkənin Aİİ-dən çıxması istiqamətində ilk addım hesab edir.

Yanvarın 9-da Ermənistan Nazirlər Kabineti Avropa İttifaqına üzvlük prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib.

Baş nazir Nikol Paşinyanın izah edib ki, bu məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə verilə bilər.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
137 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur