06.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Tokayev BMT-yə rəhbərlik etmək istəyir?

03 yan 2025 16:01
GÜNDƏM
ads

Qazaxıstan prezidenti Kasım Jomart Tokayev 2026-cı ildə BMT-yə rəhbərlik etmək niyyətində olmadığını bəyan edib.

QÜTB.AZ xəbər verir ki, Tokayev bu barədə yerli mətbuata müsahibəsində deyib.

“Mən BMT-nin Baş katibi və Silahsızlanma üzrə Konfransın baş katibinin müavini kimi BMT-nin Cenevrə ofisinə rəhbərlik edirdim. Faydalı təcrübə və beynəlxalq mexanizmlər haqqında anlayış əldə etdim. Məncə, bu, artıq kifayətdir. Ölkəmizin gələcək inkişafı ilə bağlı çoxlu planlarım var. Onları həyata keçirmək niyyətindəyəm”, - deyə Tokayev bildirib.

O, həmçinin əlavə edib ki, görünməmiş geosiyasi gərginlik şəraitində Qazaxıstan sabit iqtisadi inkişaf və ölkənin təhlükəsizliyi kursu ilə irəliləyir. Və bu kursun sayəsində Qazaxıstan həm Qərbdə, həm də bütün dünyada neytral ölkə adlandırılır. Tokayev qeyd edib ki, buna ölkənin beynəlxalq aləmdə göstərdiyi balanslı və məsuliyyətli münasibət, habelə Astananın ən kəskin münaqişə və problemlərə konstruktiv yanaşması sayəsində nail olmaq mümkün olub. Qazaxıstan Prezidenti vurğulayıb ki, əsas məqsəd ölkənin iqtisadi potensialını, suverenliyini və beynəlxalq aləmdə mövqeyini gücləndirməkdir.

Tural

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
136 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur