Macarıstanın "Wizz Air" aviaşirkəti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar 2025-ci ilin yanvar ayına qədər Tel-Əvivə və oradan uçuşları dayandırdığını elan edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə aşağı büdcəli aviaşirkətin yaydığı məlumatda deyilir.
“Bölgədəki mövcud vəziyyətə görə "Wizz Air"2025-ci il yanvarın 14-ü daxil olmaqla, Tel-Əvivə və oradan uçuşları müvəqqəti olaraq dayandırır”, - deyə məlumatda bildirilir.
Hüseyn İbadlı