Xocavənd rayonunun Tuğ kəndi iki il əvvəl qoruq elan edilib.
Kənd Azərbaycan tarixini özündə əks etdirən yaşayış məntəqələrindən biridir. Burada tikilən evlərin quruluşu və memarlıq üslubu diqqət çəkir.
Tuğ Qafqaz Albaniyasının qədim tarixini özündə əks etdirən və bu tarixi ehtiva edən abidələrlə zəngindir. Burada xeyli sayda kilsə və monastır mövcuddur.
Qısa zamanda burada qoruğun yenidən dirçəlməsi istiqamətində işlər aprılacaq və onlar əsasən ərazinin tarixiliyini qorumaq məqsədi daşıyacaq.
Daha ətraflı Azərbaycan Dövlət Televiziyasının (AzTV) videomaterialında: