28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Bakıda tanınmış klinikada nöqsanlar aşkarlandı

23 yan 2024 08:00
HADİSƏ
ads

Bakıda tanınmış klinikanın fəaliyyətində nöqsanlar aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Agentlik tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən “ÖMÜR” klinikasında keçirilmiş planlı yoxlama zamanı rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı, həmçinin ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən edilib.

Aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan klinikada rentgen kabinetinin fəaliyyəti dayandırılıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur