Rusiya Prezidenti Vladimir Putin "Arzu ağacı" ümumrusiya xeyriyyə aksiyası çərçivəsində Baykal gölünü ziyarət etmək arzusunda olan səkkiz yaşlı Kristinanın arzusunu yerinə yetirib.
Publika.az xəbər verir ki, qızın ailəsi ilə gölə səfərinin görüntüləri "Rossiya 24 " telekanalında nümayiş etdirilib .
"Baykal, salam! Mən xoşbəxtəm", - qız deyib.
Qeyd olunur ki, qız Yujno-Saxalinskdə yaşayır, sağlamlıq vəziyyətinə baxmayaraq əla qiymətlərlə oxuyur və idman aerobikası ilə məşğul olur.
Qeyd edək ki, dekabrın 27-də Rusiya Prezidenti Vladimir Putinin Ermitajı ziyarət etmək istəyən 5-ci sinif şagirdi Nikitanın da arzusunu yerinə yetirmişdi.
Hüseyn İbadlı