“Avroviziya 2025” mahnı müsabiqəsinin keçiriləcəyi şəhər bəlli olub. Sürix yarışmaya ev sahibliyi etmək üçün müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi portalında məlumat verilib.
Şəhər meriyası bildirib ki, "Avroviziya" Sürixə özünü dünyaya açıq mədəniyyət və turizm mərkəzi kimi təqdim etmək imkanı verəcək.
Mer Korin Mauç qeyd edib ki, Sürixdə infrastruktur inkişaf edib və "Avroviziya"nı keçirmək üçün lazım olan məkan - 15 min yerlik Hallenstadion stadionu var. Bu, ölkənin ən böyük qapalı arenasıdır və Sürix Sərgi Zalı yaxınlıqda yerləşir, ondan əlavə məkan kimi də istifadə etmək olar.
Qeyd edək ki, İsveçrə təmsilçisi Nemo “The Code” mahnısı ilə mayın 11-də İsveçin Malmö şəhərində keçirilən 68-ci “Avroviziya 2024” mahnı müsabiqəsində qalib olub
Cəmilə