Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə "Buta Palace"ın qarşısında qeydə alınıb. Orxan Fətullayev idarə etdiyi "Toyota Prius" markalı avtomobillə yolu keçən 1964-cü il təvəllüdlü Elşən Əli oğlu Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun