Yeni Zelandiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Zoe Daun Kolson-Sinkler ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Publika.az xəbər verir ki, görüş zamanı Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri müzakirə olunub və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.