28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Trampdan HƏMAS-a xəbərdarlıq: Bunun ağır nəticələri olacaq

19 iyl 2024 10:00
GÜNDƏM
ads

Respublikaçılar Partiyası tərəfindən noyabr seçkilərində dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülən ABŞ-ın keçmiş prezidenti Donald Tramp partiyanın qurultayında çıxışı zamanı bildirib ki, o, Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilə şəxsi münasibətləri bərpa etmək niyyətindədir.

Publika.az “İnterfax”a istinadən xəbər verir ki, Tramp prezident olduğu müddətdə Kim Çen In ilə anlaşa bildiyini və nəticədə KXDR-nin raket sınaqlarını dayandırmasına nail olduğunu qeyd edib.

"Çoxlu nüvə silahı olan bir adamla anlaşa bilmək xoşdur. Düşünürəm ki, o, mənim üçün darıxıb", - deyə Tramp bildirib.

O, həmçinin HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi üçün səy göstərəcəyinə və buna nail olacağına dair söz verib:

"Biz girovlarımızı geri istəyirik və mən vəzifəyə başlamazdan əvvəl onlar geri qayıtsalar yaxşı olar, yoxsa bunun ağır nəticələri olacaq".

Tramp əlavə edib ki, Co Baydendən fərqli olaraq onun prezidentliyi dövründə praktiki olaraq müharibə olmayıb:

“Məğlub etdiyim İŞİD-ə qarşı mübarizədən başqa heç bir müharibəm olmayıb. Bir telefon zəngi ilə müharibələri dayandıra bilmişəm”.

Vazeh BƏHRAMOĞLU


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur