28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Bakıda kafenin qadın aşpazını döydü: “Elə bilirdim, kişidir...”

27 sen 2023 01:00
HADİSƏ
ads
Advertisement

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Qaçay Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Milli.Az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunub.

İttihama görə, hadisə 5 noyabr 2022-ci il tarixdə, saat bir radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "Vip" adlı kafedə qeydə alınıb. Belə ki, Qaçay Əsədov həmin gün kafeyə gedərək müştəri qismində masaların birində əyləşib. O, həmin obyektdə aşpaz işləyən zərərçəkmiş Xalidə Məmmədova (şərti) ilə birlikdə spirtli içki qəbul edib. Bu zaman zərərçəkmiş şəxs kafedə işləyən qadınlar barəsində xoşagəlməz ifadələr işlədib. Onların arasında mübahisə yaranıb. Nəticədə Qaçay qadının sinə nahiyəsindən qəsdən itələyib pilləkəndən yıxaraq onun sağlamlığına az ağır zərər vurub.

Məhkəmə iclasında Qaçay Əsədov dindirilən zaman ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Cəlilabad rayonu, zərərçəkmiş Xalidə Məmmədovanı əvvəllər kişi kimi tanıyıb. O, özünü Samir (şərti) kimi qələmə verib. Həmçinin zərərçəkmiş şəxs xarici görkəmcə də kişiyə oxşadığı üçün qadın olduğunu seçmək mümkün deyil. Xalidə Məmmədova isə ifadəsində deyib ki, həmin kafedə 2022-ci ilin oktyabr ayının əvvəllərindən işləyib, obyektin sahibinə onu işə götürmək üçün özünü kişi cinsinin nümayəndəsi kimi təqdim edib:

"Xarici görkəmim də kişi cinsinin nümayəndəsinə bənzədiyinə görə inandırıcı olub. Kafenin işçiləri də məni kişi kimi tanıyırdılar".

Bildirib ki, təqsirləndirilən şəxs ilə aralarında mübahisə düşüb, mübahisəyə səbəb onun kafenin işçiləri barədə dediyi sözlər olub. Qaçay Əsədov kafedə işləyən qızların tərəfini tutaraq onunla kobud danışması xoşuna gəlməyib. Bu səbəbdən aralarında sözlə mübahisə yaranıb. Xalidə Məmmədovanın sözlərinə görə, həmin vaxt Qaçay onun sinə nahiyəsindən itələyib. O da pilləkənlərdan yıxılıb, sağ ayaq nahiyəsindən xəsarət alıb.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur