"Mançester Siti"nin və Argentina millisinin sabiq hücumçusu Serxio Aquero karyerasını davam etdirə biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Publika.az xəbər verir ki, o, bu iddiları təkzib edib:
“Bu, tamamilə yalandır. "İndependiente" ilə məşq etmək fikrində deyiləm. Bəzən belə xəbərlər uydurulur. Bəli, kardioloqumdan mesaj aldım. Dedi ki, yaxşıyam. Sağlam olmağım mənim üçün vacibdir, lakin məşqlərə ən yüksək səviyyədə qayıtmaq üçün çoxlu testlərdən keçməliyəm”.
Xatırladaq ki, Aquero 2021-ci ildə ürək problemlərinə görə karyerasını bitirib. Futbolçunun son klubu “Barselona” olub. Argentinalı həm də “Mançester Siti”, “Atletiko” və “İndependyente”nin şərəfini qoruyub.
Heybət