UFC döyüşçüsü Fərid Bəşarat vətəni Əfqanıstanın bayrağı ilə döyüşlərə çıxa bilməyəcəyini deyib.
Publika.az xəbər verir ki, bundan əvvəl onun böyük qardaşı Cavid Başaratın Əfqanıstan bayrağı ilə döyüşmək istəyi rədd edilmişdi.
2021-ci ildə Əfqanıstanda hökumət dəyişikliyindən sonra ölkənin rəsmi adı və bayrağı dəyişdi.
“Mən bayraqla çıxmaq istərdim, amma icazə verilməyəcək. Cavidin Əbu-Dabidəki turnirə qatılması üçün icazə almağa çalışdıq, lakin alınmadı. Hazırkı bayraq UFC-də tanınmır və köhnəsi isə rəsmi deyil. Beləliklə, Əfqanıstan bayrağı hələ də qadağandır”, – MMA Fighting Bəşaratdan sitat gətirib.
Bəşarat yanvarın 13-də UFCFight Night 234-də Taylor Lapilus ilə qarşılaşacaq.