“Qoyunların Azərbaycan tərəfə təhvil verilməsi ilə bağlı hallar aidiyyəti qurumlar tərəfindən öyrənilir”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan NEWS.am-ın müxbiri ilə söhbətində bildirib.
"Heç bir insident, atəşkəs rejiminin pozulması və ya sızma cəhdi qeydə alınmayıb", - o əlavə edib.
Bir müddət əvvəl Tex kəndinin Ağsaqqallar Şurasının üzvü Masis Zeynalyan NEWS.am saytının müxbiri ilə söhbətində azərbaycanlıların sakinlərdən birinin qoyununu oğurladığını bildirib.
Deyəsən, ermənilər psixoz duruma düşüblər, özü də kütləvi şəkildə. Həyətlərindən qoyun, toyuq yoxa çıxır və bəyan edirlər: Günahkar Azərbaycandır. Yazıq, zavallı, məzlum xalq...