"Vilyarreal"ın baş məşqçisi Marselino Qarsiya Toral Avropa Liqasının 1/8 final mərhələsinin "Marsel"lə səfərdə keçiriləcək oyun zamanı təhlükəsizliklə təmin olunacaq.
Publika.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
İspaniya klubunun narahatlığı 58 yaşlı mütəxəssisin cari mövsümün əvvəlində “Marsel”ə rəhbərlik etməsi və azarkeşlərlə münasibətlərə görə komandanı tərk etmək məcburiyyətində qalmasından qaynaqlanır. Marselino azarkeşlərin klubdaxili qərarlara təsir göstərməyə çalışmasından şikayətlənib. Mətbuatın yazdığına görə, məşqçi hətta hədələr də alıb.
Nəticədə “Vilyarreal” çalışdırıcısını müşayiət etmək üçün mühafizəçilər tutmaq qərarına gəlib. Bundan başqa, İspaniya polisinin nümayəndələri komandanı səfər oyununda müşayiət edəcək.
Qeyd edək ki, oyun bu gün Fransada keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Heybət