Gürcüstanda geniş etirazlara səbəb olan “xarici agentlər” haqqında qanunun qüvvəyə minməsi səbəbi ilə bu ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiya prosesi dayandırılıb.
Publika.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski paytaxt Tbilisidə qatıldığı tədbirdə ölkənin Aİ-yə üzvlük prosesi ilə bağlı açıqlama verib. O, bu qərarın Aİ liderlərinin sonuncu sammitində qəbul edildiyini bildirib.
Səfir qərar çərçivəsində Aİ-nin 2024-cü il üçün Gürcüstana ayırdığı 30 milyon avroluq maliyyə yardımının da dondurulduğunu da əlavə edib.
Qeyd edək ki, Gürcüstanda nümayişlər aprel ayında başlayıb. “Xarici agentlər” haqqında qanunda nəzərdə tutulur ki, Gürcüstanda vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alan təşkilatlar “xarici gücün maraqlarını güdən təşkilatlar” kimi qeydiyyatdan keçməlidirlər. Əks halda onları cərimə gözləyir. Gürcüstan parlamentində qəbul edilən qanun layihəsinə mayın 18-də prezident Salome Zurabişvili veto qoyub.
Roza Şəfiyeva