Kolumbiyada 5,1 maqnitudalı zəlzələ olub.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın Geoloji Xidməti (SGC) məlumat yayıb.
Xidmətin verilənlərinə əsasən, 5,1 maqnitudalı zəlzələ yerli vaxtla saat 09:25-də və yerin 30 kilometr dərinliyində baş verib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Milli.Az