Türkiyə Ukraynada nizamlanma ilə bağlı açıq danışıqlar aparır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Ukraynadakı münaqişənin həlli üçün mümkün olan hər şeyi etməyə hazırıq. Həm açıq, həm də qapalı danışıqlar və görüşlər davam edir. Danışıqlar həm münaqişə tərəfləri ilə, həm də bu prosesi dəstəkləyənlərlə aparılır. Qara dəniz hövzəsində təhlükəsizliyin təmin edilməsi bizim üçün vacibdir, əlimizdən gələni edəcəyik”, - nazir bildirib.