İspaniya hökuməti Fələstini paytaxtı Qüds olan bir dövlət kimi rəsmən tanıyıb.
Publika.az xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Manuel Albares mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, belə bir həll Yaxın Şərqdə sülhə nail olmaq üçün yeganə mümkün yoldur.
Bundan əvvəl Fələstinin Rusiya Federasiyasındakı səfiri Abdel Hafiz Nofəl bildirmişdi ki, Sloveniya, Lüksemburq, Portuqaliya və Belçika tezliklə Fələstinin müstəqilliyini tanıya bilər. Daha öncə isə İrlandiya və Norveç Fələstin dövlətini tanıyıb.
Akqabay