Slovakiyanın Baş naziri Robert Fitso ona qarşı edilən sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.
Publika.az xəbər verir ki, dini mərasimdə iştirak edən Fitso ayaq üstə dayanaraq nitqlə çıxış edib.
Fitso çıxışında bir sıra siyasi şərhlər də verib. “Biz xərçəng kimi yayılan proqressiv və liberal ideologiyaya qarşı qoruyucu divar çəkməliyik”, – Baş nazir söyləyib.
Xatırladaq ki, mayın 15-də Handlova şəhərində Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, aldığı 5 güllə yarasına görə 4 dəfə əməliyyat olunub.