Kalmıkiyanın paytaxtı Elistada cinayətkar iki bombanı işə salıb. Birinci partlayış “Alternativ” vasitəçilik və təhsil xidmətləri mərkəzində, ikinci partlayış isə fərdi evdə baş verib.
Publika.az xəbər verir ki, əvvəlcə hücumçunun əl qumbarasından istifadə etdiyi güman edilirdi. Lakin dağıntının daha böyük olduğu ortaya çıxdı - İstintaq Komitəsinin dərc etdiyi kadrlarda divarın dağıldığı görünür.
Cinayətkarın yerli sakin olan ruhi xəstə olduğu üzə çıxıb
Məlum olub ki, cinayətkar 29 yaşlı yerli sakin D.Sergeydior.
O, psixonevroloji dispanserdə qeydiyyatdadır. Axşam psixoloqa müraciət etmək üçün mərkəzə gəlsə də, söhbət zamanı aralarında münaqişə yaranıb. Müəssisənin əməkdaşı, Kalmıkiya Elm Nazirliyinin təhsil sahəsində baş ştatdankənar müəllim-psixoloqu Namdjhil Yamanova və onun həyat yoldaşı kişini sakitləşdirməyə çalışsalar da, o, partlayıcı qurğunu işə salıb.
Cinayətkar həyati təhlükəsi olmayan xəsarətlər alıb. Cütlük xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabil qiymətləndirilir, həyati təhlükəsi yoxdur.
Cinayətkarın şəxsiyyəti müəyyən edildikdən sonra müstəntiqlər onun şəxsi evinə gediblər. Axtarış zamanı Rodnikovaya küçəsindəki binada ikinci partlayış baş verib.
Zərərçəkənlərlə bağlı məlumatlar müxtəlifdir. Belə ki, “Baza” nəşrinin mənbələri üç hüquq-mühafizə orqanı əməkdaşının yaralandığını, onlardan birinin ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini iddia edir. Shot Telegram kanalı da öz növbəsində yaralanan iki polis əməkdaşı haqqında məlumat yayıb.