Ukrayna Türkiyədən ən son beşinci nəsil KAAN qırıcılarını almağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar CNN TÜRK telekanalında bildirib.
“Biz onları təkcə almayacağıq, həm də istifadə edəcəyik. Biz onlardan harada istifadə edəcəyimizi də bilirik”, - diplomat vurğulayıb.
O əlavə edib ki, Kiyev bu təyyarələrin mühərrikinin hazırlanmasında iştirak edir. Ukrayna hətta xüsusi hərbi əməliyyat (SVO) başlamazdan əvvəl tenderdə qalib gəlib.
Türkiyənin perspektivli gizli qırıcısı keçən mart ayında sınaqlardan keçib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarənin 2023-cü ilin sonuna kimi havaya qalxacağına söz verib.
Tural