14.03.25 | Bakı 11.24° C |
10:06:25
Lent :

Kiyevdənsə, Moskva ilə işləmək daha asan olacaq - Tramp

08 mar 2025 20:00
DÜNYA
ads
Advertisement

Rusiya və Ukrayna arasında münaqişənin həlli üçün yekun nizamlanmaya gəlmək üçün Kiyevdənsə, Moskva ilə işləmək daha asan olacaq.

 

Qutb.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

 

Onun sözlərinə görə, “bütün kartlar” Rusiya prezidenti Vladimir Putinin əlindədir.

 

Tramp əlavə edib ki, hazırda döyüş meydanındakı dinamikanı nəzərə alaraq, Putinin mövqeyində olan hər kəs Ukraynanı bombalayacaq. Tramp Ukraynaya kömək etmək istədiyini desə də, Kiyevin də sülh sazişi üzərində işləməli olduğunu vurğulayıb.

 

“Düşünürəm ki, biz Rusiya ilə çox yaxşı işləyirik, lakin hazırda onlar Ukraynanı bombalayırlar. Ukrayna ilə məşğul olmaq da mənə daha çətin gəlir, onların kartları yoxdur. Son razılaşmanın əldə edilməsi baxımından Rusiya ilə işləmək daha asan ola bilər, çünki onlarda bütün kartlar var”, - deyə Tramp söyləyib.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.24° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur