03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Türkiyədə neft və qaz hasilatının həcmi rekord səviyyəyə çatdı

23 avq 2024 08:00
GÜNDƏM
ads

Türkiyədə neft hasilatının həcmi tarixi maksimuma - sutkada 107 min 621 barrelə çatıb, eyni zamanda qaz istehsalı gündə 7 milyon 609 min 427 kubmetr həddə çatdırılıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə Türkiyə Energetika və Təbii Ehtiyatlar Nazirliyinin məlumatında deyilir.

Energetika naziri Alparslan Bayraktarın sözlərinə görə, cari il Türkiyə neft-qaz sənayesinin “maksimal inkişaf dövrü” elan olunub.

Nazir qeyd edib ki, ölkədə neftin əksər hissəsini (sutkada 95 min barreldən artıq) TPAO şirkəti hasil edir.

Qaz hasilatı ilə bağlı energetika naziri deyib ki, təkcə Qara dənizin Türkiyə sektorundakı “Sakarya” yatağında gündəlik 146 min 886 kubmetr qaz hasil edilir.

Bayraktar Türkiyənin enerji asılılığını minimuma endirmək məqsədinə doğru inamla irəlilədiyini vurğulayıb.

“Biz həm quruda, həm də dəniz zonasında yeni yataqların işlənməsinə səy göstəririk. Əminəm ki, neft və qaz hasilatının həcmi bundan sonra da artmaqda davam edəcək”, - deyə nazir qeyd edib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur