Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şeybani təyinatından sonra ilk rəsmi xarici səfərini Səudiyyə Ərəbistanına edəcək.
QÜTB.AZ xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
Şeybani Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əs-Səudun dəvəti ilə Ər-Riyada səfər edəcək. Səfərin dəqiq tarixi bəlli deyil.