“Dnepr”in və Ukrayna millisinin sabiq müdafiəçisi Boqdan Şerşun dünyasını dəyişib .
Publika.az xəbər verir ki, bu barədə idman jurnalistləri Vladimir Zverov məlumat yayıb. Sabiq futbolçunun ölüm səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, Şerşunun cəmi 42 yaşı var idi. Bu yaxınlarda o, MEGOGO-da, eləcə də Ukrayna Futbol Assosiasiyasında analitik vəzifəsində çalışıb.
Boqdan Şerşun “Dnepr”in heyətində Ukrayna çempionatının bürünc mükafatçısıdır (2001). O, Moskva ÇSKA-sının heyətində Rusiya çempionu olub və UEFA kubokunu (2005) qazanıb. Şerşun Ukrayna millisinin heyətində dörd oyun keçirib.