Məşhur aktrisa Afra Saraçoğlu çəhrayı mini libası ilə göz qamaşdırıb.
Publika.az xəbər verir ki, “Star TV”nin rekord qıran Yalı Çapkını serialındakı Seyran obrazı ilə geniş pərəstişkar kütləsi olan Afra ötən gecə reklam siması olduğu markanın gecəsinə qatılıb.
Dərin dekolteli, çəhrayı libası ilə gecəyə damğasını vuran Saraçoğlu gözəlliyi ilə hər kəsi valeh edib.
Aktrisanınüslubunu çox şişirdilmiş hesab edənlər olsa da, bəyənənlər də olub.
Afranın paltarının qiyməti də hər kəsi təəccübləndirib. Məşhur brendə məxsus paltar 74 min TL (4181 manat) dəyərindədir.(Bakupost.az )